Tramp Amerika küçələrini evsizlərdən təmizləyəcək | VİDEO

Tramp Amerika küçələrini evsizlərdən təmizləyəcək    | VİDEO
  25 İyul 2025    Oxunub:750
ABŞ prezidenti Donald Tramp Amerika şəhərlərinin küçələrini evsiz adamlardan təmizləmək üçün sərəncam imzalamağı planlaşdırır.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levittə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Bu təşəbbüs cinayətkarları küçələrdən yığacaq və resursları narkotiklərlə mübarizə proqramlarına yönləndirəcək. Amerikalılar özlərini daha təhlükəsiz hiss edəcəklər və narkomanlar və ya psixi sağlamlıq problemləri olan insanlar kömək alacaqlar”, - xanım Levitt vurğulayıb.

Plan Ədliyyə nazirliyinin əyalət hökumətlərinin evsizliyin aradan qaldırılması səylərinə mane olduğuna inandığı qanuni presedentləri ləğv etməyə istiqamətləndirəcək. Prioritet dəstək qeyri-qanuni çadır şəhərcikləri və ictimai yerlərdə narkotik ticarəti ilə mübarizə aparan bölgələrə veriləcək.

Maraqlıdır ki, “New York Post (NYP)” qəzetinin yazdığına görə, aprel ayında Lankaster şəhərinin meri Reks Perris evsizlər problemini onlara fentanil dərmanı paylamaqla həll etməyi təklifini vermişdi. Merin fikrincə, evsizlərin təxminən yarısı keçmiş məhbuslardır və artıq onlara kömək etmək mümkün deyil. Onun açıqlamaları Kaliforniyada fentanil epidemiyası fonunda səsləndirilmişdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   evsizlər  



Xəbər lenti